METBUAT.AZ

İdman

"Mançester Siti"nin qapıçısı Səudiyyə Ərəbistanına transfer ola bilər

4 İyul 2024 03:25

Braziliya millisinin və İngiltərənin "Mançester Siti " klubunun qapıçısı Ederson karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun da şərəfini qoruduğu "Əl-Nəsr" klubu dəri əlcək sahibinə təklif göndərib.

Qeyd edək ki, Edersonun "şəhərlilər"lə müqaviləsi 2026-cı ildə başa çatacaq. O, ötən mövsüm "Mançester Siti"nin heyətində 43 oyunda meydana çıxıb.


metbuat.az.