16 İyul 2024 13:17
Masallı rayon Mərkəzi Xəstəxanasında uşağın ölü doğulması ilə bağlı araşdırmalar aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətindən Metbuat.az-a verilən məlumata görə, iyulun 16-da Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın 40 həftəlik dölün baş gəlişi, doğuşun 1-ci dövrü, ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.