METBUAT.AZ

İdman

Mbappe bu qədər qazanacaq -

17 İyul 2024 17:32

Kilian Mbappenin İspaniyanın "Real" (Madrid) klubu ilə bağladığı müqavilənin maliyyə detalları məlum olub.

Metbuat.az Report-a istinadən xəbər verir ki, fransalı ulduz futbolçu "Kral klubu"nun tarixində ən çox maaş alan oyunçu olacaq. 25 yaşlı hücumçunun qazancı vergilər də nəzərə alınmaqla bir mövsüm üçün 15 milyon avro təşkil edəcək. Eyni zamanda, imic hüquqlarının 60-80 %-i forvardda qalacaq.

Mbappe transfer bonusu kimi 100-115 milyon avro qazanacaq. Lakin bu məbləğ ona 5 il ərzində ödəniləcək.

"Qızıl top" və klubla titullar əldə etməsi forvarda əlavə bonuslar qazandıracaq.

Qeyd edək ki, K.Mbappe "Real" ilə 5 illik sözləşmə imzalayıb.


metbuat.az.