METBUAT.AZ

İdman

Mbappedən sonra hədəf o idi -

18 İyul 2024 10:45

“Mançester Yunayted” “Lill” klubunun istedadlı müdafiəçisi Leny Yoro ilə müqavilə imzalamaq üzrədir.

Metbuat.az xəbər verir ki, futbolçu artıq müqavilə imzalamaq üçün İngiltərəyə gedib. Məlumata görə, “Mançester Yunayted” oyunçu üçün “Lille” klubuna 50 milyon avro ödəyəcək. Müqavilədə 12 milyon avroluq bonuslar da olacaq.

Qeyd edək ki, “Real Madrid” klubu da Leny Yoronu transfer etməyə çalışırdı.


metbuat.az.