8 İyul 2024 15:13
Məqsədli proqramların həyata keçirilməsi qaydası hazırlanacaq.
Metbuat.az bildirir ki, bu, Prezident İlham Əliyevin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun tətbiqi barədə” imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində məqsədli proqramların həyata keçirilməsi qaydasını təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.