METBUAT.AZ

İqtisadiyyat

Mərkəzi Bank vəzifəli şəxsləri cərimələdi

30 İyul 2024 16:36

“Kəpəz BOKT”, “City Finance BOKT” və BOKT “İnkişaf üçün Maliyyə” MMC-nin vəzifəli şəxsləri cərimələnib.

Bu barədə Metbuat.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Məlumata görə, Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “City Finance Bank olmayan kredit təşkilatı” MMC-nin vəzifəli şəxsi 1 500 (min beş yüz) manat məbləğində cərimə edilib.

Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikası Qanununun 22.1-ci maddəsinin, “Kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nın 3.3-cü bəndinin tələblərinin pozulması səbəbilə İnzibati Xətalar Məcəlləsinin 440.1-ci maddəsinə müvafiq olaraq “Kəpəz Bank olmayan kredit təşkilatı” MMC-nin vəzifəli şəxsi 6 000 (altı min) manat məbləğində cərimə edilib.

Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən aparılmış kompleks yoxlama çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulması ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 598.1.2-ci maddəsinə müvafiq olaraq Bank olmayan kredit təşkilatı “İnkişaf üçün Maliyyə” MMC və onun vəzifəli şəxsi Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən müvafiq olaraq 20 000 (iyirmi min) və 2 000 (iki min) manat məbləğində cərimə edilib.


metbuat.az.