8 İyul 2024 14:18
Lionel Messi, Emiliano Martinezin Argentina yığmasının Ekvador üzərində penaltilər seriyasında qazandığı qələbədən sonra "dünyanın ən yaxşı qapıçısı" olduğunu bildirib.
Metbuat.az xəbər verir ki, Martinez Dünya Kubokunun finalında olduğu kimi “Copa America”da da yaxşı oyun nümayiş etdirir. İnstaqram hesabında paylaşım edən Messi bunları deyib:
"Daha bir addım... Çətin rəqibə qarşı çox əziyyət çəkdik. Hər kəsin əməyi sayəsində yarımfinala çıxdıq və bunun da üzərinə dünyanın ən yaxşı qapıçısına sahibik”.
Qeyd edək ki, Emiliano Martinez 1-1 hesabı ilə yekunlaşan əsas vaxtdan sonra penaltilər seriyasında iki seyv etmişdi.