METBUAT.AZ

İdman

Messiyə görə onu vəzifəsindən çıxardılar -

18 İyul 2024 11:36

Argentinanın idman nazirinin müavini Xulio Qarro vəzifəsindən azad edilib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, qərara səbəb onun ulduz futbolçu Lionel Messinin qarşısına tələb qoyması olub. Belə ki, Qarro Messidən Fransaya qarşı yönəlmiş irqçi şüarlara görə üzr istəməsini tələb edib.

Argentina Prezident Departamentinin yaydığı məlumatda qeyd edilib ki, heç kim dünya çempionu və ikiqat Amerika Kuboku çempionuna nə edəcəyi barədə göstəriş verə bilməz.

Qeyd edək ki, Argentina millisinin futbolçuları "Copa America" finalında Kolumbiya üzərində qazandıqları qələbədən (1:0) sonra irqçi fikirlər səsləndiriblər.


metbuat.az.