22 İyul 2024 14:41
"Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb".
Metbuat.az xəbər verir ki, bu fikirlər Baş Prokurorluqda bu gün keçirilən 2024-cü ilin birinci yarımilinin yekunlarına həsr olunmuş onlayn formatda keçirilən geniş kollegiya iclasında qeyd olunub.
Belə ki, iclasda Baş prokuror 22 iyul tarixinin Azərbaycanda Milli Mətbuat və Jurnalistika günü kimi qeyd edilməsini xatırladaraq media nümayəndələrini təbrik edib və onlara səmərəli əməkdaşlığa görə təşəkkür edib:
“Cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır.
Səmərəli və sağlam qarşılıqlı əməkdaşlıq sayəsində əldə olunan nəticələrə və cinayətkarlığa qarşı mübarizədə prokuroruq və digər hüquq-mühafizə orqanlarına daim dəstək olduqları üçün media nümayəndələrinə təşəkkür edir, 22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə təbriklərimizi çatdırır, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”.