METBUAT.AZ

Şou

Meyxanaçının övladları üçün təhsilhaqqı ödəyən şəxsin adı bilindi

6 İyul 2024 13:28

Hazırda həbsdə olan meyxana ustadı Rəşad Dağlının övladlarının təhsilhaqqını Anar Əlizadə adlı şəxs ödəyib.

Metbuat.az xəbər verir ki, bu barədə meyxanaçının övladları Yusif və Bətül sosial şəbəkədə qeyd ediblər:

"Keçən il təhsilhaqqımızı ödəyən anonim şəxs bu ilin də ödənişini edib. Təşəkkür edirəm. Həmin şəxsin kim olduğunu öyrəndim. İstəmir ki, kim olduğunu hamı bilsin. Amma adı Anar Əlizadədir. O, adam üçün dua edirik. Deyib ki, təhsilimizdə nə problem olsa, bizə kömək edəcək".


metbuat.az.