15 İyul 2024 09:25
Xaricdə yaşayan Fələstinlilər Microsoft'un xəbərdarlıq etmədən onların “Skype” və “E-poçt” ünvanlarını blokladığını bildiriblər.
Mətbuat.az xarici KİV-ə istinadən xəbər verir ki, Qəzzada yaşayan ailələri ilə əlaqə saxlamaq istəyən Fələstinlilər öz hesablarını istifadə edə bilmədiklərini söylədilər.
Səudiyyə Ərəbistanında yaşayan Eiad Hametto BBC-yə bunları deyib:
“Təxminən 20 ilə yaxındır istifadə etdiyim e-poçt hesabımı bağladılar. Bütün biznesim bu hesaba bağlı idi”.
Hametto Skype əlaqəsi qura bilmədiyi üçün Qəzzadakı ailəsi ilə də əlaqə saxlaya bilmədiyini bildirib.
“Biz sadəcə ailələrimiz ilə əlaqə saxlamaq istəyirik”.
Mədinə Zaur/mətbuat.az