METBUAT.AZ

İdman

Mourinyo Avropa nəhənglərinin istədiyi futbolçu barədə qərarını verdi

11 İyul 2024 10:42

“Fənərbaxça”nın ulduz futbolçuları Ferdi Kadıoğlu və Mert Müldür AVRO-2024-də göstərdikləri performansla dəyərini artırıblar.

Metbuat.az xəbər verir ki, bır sıra klublar futbolçuları transfer etmək üçün hərəkətə keçib.Məlumata görə, “Fənərbaxça” Ferdi Kadıoğlunun dəyərini 30 milyon avrodan 36 milyon avroya qaldırıb. Çempionatda Gürcüstana vurduğu qolla yadda qalan Mert Müldür də bir sıra klubların transfer siyahısındadır. Turnirdən əvvəl dəyəri 4 milyon avro ətrafında olan Mert xüsusilə italyanların diqqətini çəkib. Futbolçu ilə A Seriyasının 3 klubunun maraqlandığı irəli sürülüb.

Həmçinin, baş məşqçi Joze Mourinyo iki futbolçu ilə bağlı qərar verib. O rəhbərliyə verdiyi heabatda Ferdi Kadıoğlu və Mert Müldürün komandada qalması ilə bağlı fikirlərini bildirib.


metbuat.az.