METBUAT.AZ

İdman

Mourinyo ​"Fənərbaxça"nın ən bahalı transferinə qapını göstərdi

27 İyul 2024 08:25

"Fənərbaxça" klubunun rəsmiləri Cengiz Ünderlə yolları ayırmaq qərarına gəliblər.

Metbuat.az xəbər verir ki, təcrübəli futbolçu yeni mövsümdə "Fənərbaxça" klubunun əsas heyətində yer almayıb. Joze Mourinyo Cengiz Ünderin performansından razı olmadığı üçün komandadan göndərilməsini tələb edib. Klub rəsmiləri futbolçunun meneceri ilə görüşərək yeni komanda tapması tapşırığını veriblər.

Qeyd edək ki, Cengiz Ünder ötən mövsüm 15 milyon avroya Fransanın "Marsel" klubundan transfer olunub. Bu, hazırki mövsümə qədər "Fənərbaxça"nın ən bahalı transferi olmuşdu.


metbuat.az.