METBUAT.AZ

İdman

Mourinyo israrla Avropa nəhənginin hücumçusunu istəyir

19 İyul 2024 14:12

"Fənərbaxça" hücum mövqeyinə transfer etmək istədiyi futbolçunun adı açıqlanıb.

Metbuat.az xəbər verir ki, baş məşqçi Joze Mourinyonun siyahısının ilk sırasında mərakeşli hücumçu Yusuf En-Nesyri var. Məlumata görə, "Fənərbaxça" “Sevilya”nın hücumçusunu transfer etmək üçün təklif göndərib. Futbolçu ilə maraqlanan daha bir neçə klub var.

“Sevilya” klubunun idman direktoru Viktor Orta En-Nesirinin transferi ilə bağlı ““Roma”dan En-Nesyri üçün rəsmi təklif yoxdur. “Roma”dan heç nə yoxdur. Ancaq mərakeşli hücumçuya daha yüksək maaş təklif edən "Fənərbaxça" transferdə əlverişli mövqedədir” deyə bildirib.


metbuat.az.