METBUAT.AZ

İdman

Mourinyo istədi, "Fənərbağça" hərəkətə keçdi -

20 İyul 2024 15:01

Joze Mourinyo "Mançester Siti"də forma geyinın Mateo Kovaçiçin "Fənərbağça"ya transfer edilməsini istəyir.

Metbuat.az "Fotomaç"a istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi artıq oyunçu üçün hərəkətə keçib.

Qeyd edək ki, 30 yaşlı xorvatiyalı futbolçu keçən mövsüm "şəhərlilər"in heyətində 46 oyunda meydana çıxıb. O, "Çelsi", "Real Madrid", "İnter" kimi klublarda çıxış edib və Xorvatiya millisində 100-dən çox oyunda meydana çıxıb.


metbuat.az.