METBUAT.AZ

İdman

Mourinyodan olay paylaşım -

16 İyul 2024 08:25

Hücumçu axtarışında olan "Fənərbaxça"nın baş məqçisi Joze Mourinyonun sosial mediadakı paylaşımına Alvaro Moratanın reaksiya verməsi səs-küyə səbəb olub.

Metbuat.az xəbər verir ki, Mourinyo 2024-cü il futbol üzrə Avropa çempionatının finalında İspaniyanın İngiltərəni 2-1 hesabı ilə məğlub etdiyi matçda forma geyinən futbolçularla bağlı fikirlərini paylaşıb. Mourinyo “2024 Çempionlar Liqası çempionu kapitan Naço Fernandez və Avro 2024 çempionu kapitan Alvaro Morataya hələ akademiyada olarkən oyun şansı verən məşqçini təbrik edirəm” deyə yazıb. Alvaro Morata da bu yazıya "Təşəkkür edirəm" deyərək cavab verib. Qeyd edək ki, Naço Fernandez və Alvaro Morataya akademiyada olarkən oyun şansı verən məşqçi Joze Mourinyo olub.

İspan ulduzun cavabı “Fənərbaxça” azarkeşlərini coşdurub


metbuat.az.