METBUAT.AZ

İdman

Mourinyodan sürpriz həmlə -

18 İyul 2024 11:48

“Fənərbaxça” transfer işlərini davam etdirir.

Metbuat.az xəbər verir ki, “Fənərbaxça” "Mançester Siti"nin xorvatiyalı yarımmüdafiəçisi Mateo Kovaçiçi transfer etmək üçün hərəkətə keçib. Bildirilir ki, Türkiyə klubu futbolçunu icarəyə götürmək istəyir. Mateo Kovaçiçi heyətə cəlb etmək üçün israr edən “Fənərbaxça” onun heyətin əsas fiqurlarından olacağını hesab edir. Portuqaliyalı baş məşqçi Joze Mourinyonun Mateo Kovaçiçi bəyəndiyi deyilir və heyətə qatılacağı təqdirdə onu Fredlə birlikdə oynatmaq istəyir.

Qeyd edək ki, ötən mövsüm İngiltərə təmsilçisi ilə liqa çempionu olan yarımmüdafiəçi 46 matçda 3 qol vurub, 1 məhsuldar ötürmə edib. Kovaçiçin "Mançester Siti" ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.


metbuat.az.