METBUAT.AZ

Ölkə

MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı

19 İyul 2024 17:17

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qəbul edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.

Bununla bağlı qərar səsverməyə qoyularaq qəbul olunub.

Beləliklə, MSK-da ümumilikdə 25 siyasi partiyadan 585 səlahiyyətli nümayəndə qeydə alınıb.


metbuat.az.