METBUAT.AZ

Dünya

Müharibədə həlledici an -

30 İyul 2024 17:14

ABŞ Kiyevə hərbi dəstək çərçivəsində göndərdiyi "F-16" qırıcı təyyarələrini modern "hava-hava" tipli raketlərlə təchiz etməyə razılıb verib.

Metbuat.az bildirir ki, bununla bağlı “The Wall Street Jorunal” nəşri məlumat yayıb. Məlumata görə, bununla yanaşı rəsmi Vaşinqton Ukraynanı digər silah-sursatlarla da təmin edəcək. Silahların növləri isə açıqlanmayıb.

Eyni zamanda, Niderland və Danimarka Ukraynaya göndərəcəyi "F-16" qırıcı təyyarələrinin ilk partiyasını bu ilin yayında göndərəcək. Həmçinin Belçika və Norveç də bu tarixdə qırıcıları tədarükə hazır edəcəklər. Bu ölkələrin Kiyevə verəcəyi qırıcıların raketlərlə təmin edilib-edilməyəcəyi isə hələki müzakirə mövzusudur.


metbuat.az.