20 İyul 2024 00:24
Portuqaliya yığmasının sabiq futbolçusu Nani klub alıb.
Metbuat.az xəbər verir ki, o, bir qrup investorla birlikdə “Sintrense” klubunun səhmlərinin 95 faizini alıb. Klub Lissabonun şimal-qərbində, oyunçunun doğulduğu yerə yaxın Sintrada yerləşir. 112 il əvvəl qurulan “Sintrense” Portuqaliyanın dördüncü divizionunda çıxış edir.
Qeyd edək ki, Naninin sonuncu klubu “Adana Dəmirspor” olub. O klubdan ayrılsa da hələlik karyerasını bitirmək niyyətində deyil.