5 İyul 2024 11:44
“Neftçi” klubu artıq işçilərini yeməklə təmin etməyəcək.
Metbuat.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb. Məlumata görə, qərarla bağlı artıq işçilərə bildiriş göndərilib. Bildirişdə işçilərin 8 iyul tarixindən yeməklə təmin edilməyəcəyi qeyd edilib.
Bu qərar sosial şəbəkə istifadəçiləri və azarkeşlər tərəfindən birmənalı qarşılanmayıb və tənqid edilib.