METBUAT.AZ

İdman

"Neftçi"dən ayrılan məşqçi İrana getdi

5 İyul 2024 17:31

"Neftçi"nin sabiq baş məşqçisi Miodraq Bojoviç İranın "İstiqlal" (Xuzistan) klubu ilə anlaşıb.

Metbuat.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, monteneqrolu mütəxəssisin müqaviləsinin təfərrüatları açıqlanmayıb.

"İstiqlal" ötən mövsüm İran çempionatını 14-cü yerdə tamamlayıb.


metbuat.az.