METBUAT.AZ

İdman

"Neftçi" "Ərzurumspor"u məğlub edə bilmədi

21 İyul 2024 13:11

2024/2025 mövsümünə Türkiyədə hazırlaşan "Neftçi" bu gün növbəti yoxlama oyununa çıxıb.

Metbuat.az xəbər verir ki, Roman Qriqorçukun rəhbərlik etdiyi komanda Türkiyənin 1-ci liqa təmsilçisi "Ərzurumspor"la qarşılaşıb. Görüş 0:0 hesabı ilə başa çatıb.

Qeyd edək ki, “Neftçi” bunadək 2 yoxlama oyunu keçirib. Bakı klubu öncə Superliqa təmsilçiləri “Alanyaspor”u (3:1) və “Sivasspor”u (2:1) məğlub edib.


metbuat.az.