17 İyul 2024 09:21
ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2024-cü ilin sentyabr müqaviləsinin dəyəri 0,16% azalaraq 1 barelə görə 83,6 ABŞ dolları təşkil edib.
Metbuat.az-ın məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin sentyabrında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti isə 0,13% azalaraq 1 barelə görə 79,61 ABŞ dolları təşkil edib.