METBUAT.AZ

Ölkə

Nişanlısı ilə dalaşandan sonra faciəli şəkildə öldü -

17 İyul 2024 21:41

Quba rayonunda intihar hadisəsi baş verib.

Metbuat.az-ın Lent.az-a istinadən məlumatıma görə, hadisə rayonun Birinci Nügədi kəndində qeydə alınıb.

Kənd sakini Əli Şükürov atasının evində özünü asıb. Onun asılmış meyitini ailə üzvləri aşkar edib. İlkin məlumata görə, Əli Şükürov nişanlısı ilə dalaşıb. O, nişanlısı ilə aralarında baş vermiş olaydan sarsıntı keçirərək canına qəsd edib.

Faktla bağlı Quba rayon prokurorluğunda araşdırma aparılır.


metbuat.az.