METBUAT.AZ

İdman

O yenə çempion olacaq -

8 İyul 2024 12:48

"Opta" superkompüteri 1/4 final mərhələsi başa çatdıqdan sonra 2024-cü il Amerika Kubokunun əsas favoritini müəyyən edib.

Metbuat.az xəbər verir ki, "Opta" hesab edir ki, Amerika Kuboku 2024-ün qalibi olmağa əsas namizəd Argentina millisidir (52%). Uruqvay komandasının şansı 27%, Kolumbiyanın qalib gəlmə ehtimalı 17% qiymətləndirilir. Kanada millisinin Amerika kubokunu qazanmaq şansı isə ən aşağıdır - 4%.

Qeyd edək ki, Argentina və Kanada milli komandaları arasında ilk yarımfinal oyunu iyulun 9-dan 10-na keçən gecə Şərqi Ruterfordda (Nyu Cersi) keçiriləcək.


metbuat.az.