METBUAT.AZ

Hadisə

Ödənişli yolda iki qəza,

25 İyul 2024 13:31

Bakı-Quba-Rusiya Federasiyası sərhədi yeni ödənişli avtomobil yolunda, eyni ərazidə iki avtomobil qəzası baş verib.

Metbuat.az Azərtac-a istinadən xəbər verir ki, yolun Xaçmaz rayonu ərazisindən keçən hissəsində qeydə alınan avtoqəzalar zamanı ümumilikdə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili tibbi yardım maşınları ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə şahidlərinin bildirdiyinə görə, əvvəlcə “Chery” markalı avtomobil idarəetmənin itirilməsi nəticəsində yoldan çıxaraq aşıb. Az sonra həmin yerdə KİA və “Chevrolet” markalı avtomobillər toqquşub.

Faktla bağlı araşdırma aparılır.


metbuat.az.