19 İyul 2024 12:29
Son zamanlar çıxışları ilə diqqət çəkən müğənni Ofeliya Şabanova onkoloji xəstəlikdən əziyyət çəkir.
Metbuat.az xəbər verir ki, o, bu xəbəri yeni öyrəndiyini deyib.
"Bəzi aparıcılar inciməsin, dəvət edirlər gələ bilmirəm. İnşallah hər şey yaxşı olar. İki körpə balam var. Allah məni onlara bağışlayar".
Bununla bağlı AZXEBER.COM-a danışan müğənninin köməkçisi xəbərin doğru olduğunu və müğənninin bu haqda açıqlama vermək istəmədiyini qeyd edib.