METBUAT.AZ

Ölkə

Ofeliya Sənani infarkt keçirdi

16 İyul 2024 10:33

Xalq artisti Ofeliya Sənaninin səhhətində problem yaranıb.

Metbuat.az Axsam.az-a istinadən bildirir ki, aparıcı bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı açıqlama verən O.Sənani evə buraxıldığını və müalicəsini davam etdirdiyini deyib:

"İnfarkt keçirtdim. Həkim dedi ki, özünü qorumalısan. Səhhətim yaxşı deyil. İndi bağa köçürəm ki, orada dincəlim. Uzun illərdir xəstəliyim var. Hər zaman müalicələr almışam".


metbuat.az.