METBUAT.AZ

Media

Olke az-ın 10 yaşı tamam oldu

15 İyul 2024 12:53

Azərbaycanın aparıcı media qurumlarından olan Olke.az xəbər saytının 10 yaşı tamam olur.
2014-cü ildən xəbər istehsalına başlayan Olke.az qısa müddətdə Azərbaycanın media sektorunda aparıcı xəbər mənbələrindən birinə çevrilib.

Bu gün adıçəkilən sayt ölkədə operativliyi, özünəməxsus xətti ilə peşəkarcasına irəliləyərək gün-gündən oxucularının etimadını qazanır.

Metbuat.az saytı olaraq Olke.az kollektivinə yeni-yeni uğurlar arzulayır, gələcəkdə də eyni peşəkarlıq və operativliklə irəliləməyi arzu edirik.


metbuat.az.