25 İyul 2024 16:32
İyulun 25-i saat 16:00-a olan faktiki məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Metbuat.az-a verilən məlumata görə, iyulun 25-i saat 16:00-a olan məlumata görə əvvəlcədən xəbər verildiyi kimi, Şəki, Şamaxı, Ağsu, Qobustan, Mingəçevir, Qax, Zərdab, İsmayllı, Oğuz, Qəbələ, Qusar, Quba, Xaçmaz, Qrız, Şahdağ, Şəmkir, Daşkəsən, Şabran, Altıağac, Gəncə, Yevlax, Yardımlı, Lerik, Lənkəran, Astara, Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb, şimşək çaxıb.
Böyük Qafqaz ərazisindən axan Qarasuçay-Zərdab məntəqəsində suyun səviyyəsi 143 sm, Əyriçay-Ağyazıda 14 sm, Qaraçay-Rükdə 15 sm, Türyançayda 9 sm, Katexçayda 7 sm, Lənkəran-Astara bölgəsindən axan Lənkərançay-Sifidorda 16 sm, Kiçik Qafqaz ərazisindən axan Bəsitçayda 9 sm artım qeydə alınıb. Hazırda Qarasuçay-Zərdab məntəqəsindən sel keçir.
Bölgələrdə müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyulun 26-sı axşamadək davam edəcəyi gözlənilir.