13 İyul 2024 14:23
Müasir dövrün tələblərinə cavab verən və kaşeloklarımızı puldan azad edən kiçik kartlar hər yerdə köməyimizə çatır.
Hər kəsdə mövcud olan bank kartları və ya kredit kartları kütləvi şəkildə yayılıb. Hamı bu kiçik kartları sevsə də heç kim kredit kartlarının borclarından danışmır. Şəxsin kredit kartına borcu olduğu zaman, bu borc kim tərəfindən bağlanır?
Mövzu ilə vağlı mətbuat.az-danışan iqtisadi ekspert Natiq Cəfərlinin sözlərinə görə, qanunvericilikdə bunlar müqavilə ilə tənzimlənir.
“Burada artıq zamin duran şəxsin və ya onun varislərinin məsuluyyəti yaranır. Sadəcə problem ondan ibarətdir ki, Azərbaycanda banklarda müqavilələr bağlanarkən müştərilər, yəni vətəndaşlar həmin müqavilələri diqqətlə incələmirlər”.
Ekspert deyir ki, müqavilələrdə sonda çox kiçik şriftlərlə həmin o məsuliyyət yazılır. Nəticə etibarı ilə dünyasını dəyişən şəxsin varisləri və ya zamin varsa o, məsuliyyət daşıyır:
“Kreditin bağlanması üçan onlar cavabdehlik daşıyırlar. Bu fors-major stuasiyalarda banklar bütün yükü və məsuliyyəti vətəndaşın üzərinə qoyur. Vətəndaşda müqaviləni oxumadan imzalayaraq öhdəliklər götürür”.
Mədinə Zaur/mətbuat.az