3 İyul 2024 09:51
İyulun 1-də Ucar rayonu ərazisində baş verən ağır yol qəzasında həyat yoldaşını itirən sürücü Ravin Hüseynov hadisənin təfərrüatlarını danışıb.
Metbuat.az xəbər verir ki, R. Hüseynov hadisənin anidən olduğunu bildirib. O qeyd edib ki, saatda 90 km\saat sürətlə hərəkət müəyyən edilən yolda heç bir maneəyə rast gəlmədən idarəetməni titrib: "Hər şey anidən oldu. Həyat yoldaşım qarşıda, uşaqlar isə arxada əyləşmişdi. İdarəetməni itirdim və maşın betona çırpıldı. Sağ tərəfdə təhlükəsizlik şarı açıldı, amma yoldaşımın başı dirəyə dəydi, partladı.
Heç vaxt istəməzdim ki, həyat yoldaşımı belə tez itirim. Özümə qıyardım, amma ona yox".
Daha ətraflı Baku tv-nin sujetində: