2 İyul 2024 13:17
Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş həyat yoldaşının qətlində təqsirləndirilən Əli Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Metbuat.az-ın məlumatına görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə, Ə. Səmədov 17 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə ötən il noyabrın 24-ü saat 9 radələrində Zaqatala şəhəri ərazisində baş verib. Şəhər sakini, 1989-cu il təvəllüdlü Aygün Həşimovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1991-ci il təvəllüdlü Əli Səfərovun şəhərin Həzi Alsanov küçəsində şəxsi münasibətlər zəminində Aygün Həşimovaya bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Səfərov şübhəli şəxs qismində tutulub.