METBUAT.AZ

Siyasət

Pakistan qırıcıları İlham Əliyevin təyyarəsini müşayiət etdi

11 İyul 2024 13:58

Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar havaya qaldırılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.

“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!”, - paylaşımda deyilir.


metbuat.az.