METBUAT.AZ

İdman

Paris-2024: Azərbaycan boksçusu məğlub oldu

29 İyul 2024 15:15

Azərbaycanın boksçusu Məhəmməd Abdullayev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında ilk görüşünə çıxıb.

Metbuat.az xəbər verir ki, 92 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Almaniyadan olan Nelvi Raman Tiafakla üz-üzə gəlib.

Bu görüşdə idmançımız məğlub olub.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


metbuat.az.