METBUAT.AZ

İdman

Paris-2024: İdmançımız mübarizəni dayandırdı

29 İyul 2024 11:05

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

Metbuat.az bildirir ki, idmançı qrup mərhələsindəki ikinci matçında Böyük Britaniya təmsilçisi Kirsti Qilmor ilə üz-üzə gəlib.

Rəqibinə uduzan təmsilçimiz yarışla vidalaşmalı olub - 0:2 (13:21, 11:21).

O, iyulun 27-də He Bin Çzyao (Çin) ilə dueldən də məğlub ayrılmışdı - 0:2. Qrupda yalnız birinci yeri tutan idmançı növbəti raunda adlayacaq.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.


metbuat.az.