METBUAT.AZ

Dünya

Paşinyan İrana gedir

30 İyul 2024 09:32

Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Prezident Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün İrana gedəcək.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan məlumat verib.

Qeyd edək ki, Pezeşkian iyulun 5-də keçirilən prezident seçkilərinin ikinci turunda qalib gəlib.

Növbədənkənar seçkilər sabiq prezident İbrahim Rəisinin mayın 19-da vertolyot qəzasında həlak olması səbəbindən sonra baş tutub.


metbuat.az.