METBUAT.AZ

Dünya

Paşinyan Makronla sülh prosesini müzakirə etdi

18 İyul 2024 23:42

Ermənistanın Baş naziri Nikol Paşinyan Blenheym sarayında Fransa Prezidenti Emmanuel Makronla görüşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüş zamanı Ermənistan və Fransa arasında münasibətlər, Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə edilib. Regionda sülhün və sabitliyin təmin edilməsinə yönəlmiş səylər vurğulanıb.


metbuat.az.