METBUAT.AZ

Dünya

Pezeşkian İranın yeni prezidenti oldu

6 İyul 2024 09:08

Məsud Pezeşkian İranın 9-cu prezidenti seçilib.

Metbuat.az xəbər verir ki, bu barədə İranın Seçki Qərargahı məlumat yayıb. Məlumata görə, 30 milyon 530 mindən çox səs hesablanıb və 16 384 403 (53,6%) səslə Məsud Pezeşkian seçkilərin qalibi olub.

Səid Cəlili isə 13 538 179 səs toplayıb.


metbuat.az.