METBUAT.AZ

İdman

Portuqaliya 1/4 finala yüksəldi -

2 İyul 2024 01:46

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatının Portuqaliya və Sloveniya yığmaları arasında 1/8 final görüşü başa çatıb.

Metbuat.az xəbər verir ki, qarşılaşmanın əsas və əlavə vaxtı heç-heçə yekunlaşıb - 0:0. “Frankfurt Arena” keçirilən qarşılaşmada qalib penaltilər seriyasından sonra bəlli olub.

Burada daha dəqiq oynayan (3:0) portuqaliyalılar 1/4 finala yüksələrək Fransaya rəqib olublar.


metbuat.az.