17 İyul 2024 12:56
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən informasiya təhlükəsizliyi tələblərinə cavab verməsi barədə müsbət rəy alınmadan dövlət informasiya ehtiyatları və sistemləri vasitəsilə elektron xidmətlərin göstərilməsinə yol verilməyəcək.
Metbuat.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunda dəyişiklik edilməsi haqqında qanunu təsidqləyib.
Həmçinin elektron xidmətlər göstərən dövlət informasiya ehtiyatlarını və sistemlərini Dövlət Xidməti təhlükəsizlik meyarları üzrə monitorinq etməli, mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və ildə bir dəfədən az olmayaraq təhlükəsizlik üzrə audit aparmalıdır.