METBUAT.AZ

İdman

​"Qalatasaray" ulduz futbolçu ilə anlaşdı

15 İyul 2024 14:18

"Qalatasaray" "Barselona"da çıxış edən futbolçu İlkay Gündoğanla anlaşıb.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, yarımmüdafiəçi özü İspaniyadan ayrılmaq istəyir. Məlumata görə, "Qalatasaray” İlkay Gündoğanla təmasda olub və şərtləri müzakirə ediblər. Bildirilir ki, İlkay artıq "Qalatasaray"la razılığa gəlib. Lakin "Qalatasaray" "Barselona" ilə hələlik razılığa gələ bilməyib.

Qeyd edək ki, İlkay Gündoğanın "Qalatasaray" azarkeşi olduğu irəli sürülür.


metbuat.az.