METBUAT.AZ

Mədəniyyət

Qara Qarayevin abidəsi restavrasiya edilir

22 İyul 2024 16:37

Sosial şəbəkədə Qara Qarayevin Nizami Kinoteatrı yaxınlığındakı abidəsinin cilalanmasına dair görüntülər yayılıb.

Məsələ ilə əlaqadar Mədəniyyət Nazirliyindən Metbuat.az-a bildirilib ki, nazirlik tərəfindən bu prosesə mütəxəssislər cəlb olunub.

“İşin icrası isə özəl bərpa şirkəti və Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə həyata keçirilir. Ekspertlər Sənətşünaslıq üzrə fəlsəfə doktoru, heykəltəraş- bərpaçı Fərman Qasımov, heykəltəraş Orxan Nəbizadə prosesi nəzarətdə saxlayırlar”.

Bildirilib ki, qırmızı qranitdən işlənmiş Qara Qarayev abidəsinin heykəl və plint hissəsində sınmış və təbii təsirlərə məruz qalaraq keyfiyyətini itirmiş detalların dəyişdirilməsi və restavrasiya edilməsi işləri icra edilir. Yenilənmiş hissələrin mövcud hissələrlə eynilik təşkil etməsi üçün müəyyən yumşaq üsullu cilalama işləri icra edilir. Narahatlığa heç bir əsas yoxdur”, - sorğuya cavabda vurğulanır.


metbuat.az.