METBUAT.AZ

İdman

"Qarabağ" bu gün ilk oyununa çıxır

23 İyul 2024 09:54

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində ilk matçına çıxacaq.

Metbuat.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Cəbəllütariqdə "Linkoln"la qarşılaşacaq.

Bakı vaxtı ilə 20:00-da başlayacaq görüşün baş hakimi İştvan Vad (Macarıstan) olacaq.

UEFA Çempionlar Liqası

II təsnifat mərhələsi, ilk oyun

20:00. "Linkoln" - "Qarabağ"

Baş hakim: İştvan Vad (Macarıstan)

Cəbəllütariq, “Europa Point Stadium”.

Qeyd edək ki, "Qarabağ" və "Linkoln" arasında cavab oyunu iyulun 30-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.


metbuat.az.