METBUAT.AZ

İdman

"Qarabağ" futbolçularının iştirakı ilə azarkeşlər üçün imza mərasimi baş tutdu

4 İyul 2024 20:19

"Qarabağ" klubunun futbolçularının iştirakı ilə azarkeşlər üçün imza mərasimi baş tutub.

Metbuat.az-ın məlumatına görə, tədbirdə oyunçulardan Bəhlul Mustafazadə, Abdullah Zubir, Musa Qurbanlı, Olavio Juninyo və Kevin Medina iştirak edib.

Klubun fan-şopunda xüsusi aksiya da keçirilib. İmza mərasimi müddəti ərzində forma alan azarkeşlərdən 5 nəfərə imzalı forma hədiyyə edilib. Qaliblər püşkatma yolu ilə seçilib və hər bir forma "Qarabağ" FK oyunçuları tərəfindən imzalanıb.


metbuat.az.