METBUAT.AZ

İdman

“Qarabağ”ın oyununa satılan biletlərin sayı bəlli oldu

27 İyul 2024 23:18

UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – “Linkoln” (Cəbəllütariq) oyununa satılan biletlərin sayı açıqlanıb.

Metbuat.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. Belə ki, indiyədək oyuna 16300 bilet satılıb.

İyulun 30-da saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlər üçün biletlərin qiyməti isə 200 manatdır.

Satış məntəqələri:

iTicket.az-ın satış məntəqələri (iTicket.az-da onlayn satış);
Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Xatırladaq ki, komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyun “Qarabağ”ın 2:0 hesablı qələbəsi ilə başa çatıb.


metbuat.az.