METBUAT.AZ

İdman

"Qarabağ"ın rəqibləri məlum oldu

4 İyul 2024 16:59

“Qarabağ” yay təlim-məşq toplanışı üçün iyulun 5-də Avstriyaya yola düşəcək.

Metbuat.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

Ağdam təmsilçisinin məskunlaşacağı Tirol şəhərində 4 yoldaşlıq oyunu nəzərdə tutulub.

Qurban Qurbanovun komandası iyulun 9-da Bakı vaxtı ilə saat 14:30-da Almaniya 2-ci bundesliqa təmsilçisi “Kayzerslauten” (Almaniya), həmin gün saat 20:00-da isə Çexiyanın yüksək liqasında yarışan “Viktoriya” (Plzen) klubları ilə üz-üzə gələcək.

Növbəti yoldaşlıq oyunlarındakı rəqibləri və matçların vaxtı barədə daha sonra məlumat veriləcək.


metbuat.az.