METBUAT.AZ

İdman

"Qarabağ" Kadi üçün "Ferentsvaroş"dan daha yaxşı təklif göndəribmiş

10 İyul 2024 19:18

"Qarabağ" Kadi üçün "Ferentsvaroş"dan daha yaxşı təklif göndərsə də, futbolçu Macarıstan klubuna transfer olunub".

Metbuat.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Qarabağ"ın mətbuat katibi Anar Hacıyev komandanın sabiq futbolçusu Kadi Borgesin Rusiyanın "Krasnodar" klubundan Macarıstan təmsilçisi "Ferentsvaroş"a transfer olunmasına münasibət bildirərkən deyib.

Klub rəsmisi futbolçunun "Qarabağ"la danışıqlar apardığını, Azərbaycana qayıtmaq istədiyini söyləyib:

"Kadi "Qarabağ"a gəlmək istəyirdi. Sadəcə, "Krasnodar" klubu buna imkan yaratmadı. Proses qısa müddət ərzində olmayıb. Futbolçu ilə uzun müddət danışıqlar apardıq. Kadinin heç bir etirazı yox idi. Lakin Rusiya klubu onu "Ferentsvaroş"a satdı".

Qeyd edək ki, Kadi Borges 2023-cü ilin yanvarında "Qarabağ"dan "Krasnodar"a transfer olunmuşdu.


metbuat.az.