METBUAT.AZ

Ölkə

Qaz sayğacları ilə bağlı ödənişlər bəlli oldu -

28 İyul 2024 00:41

Qaz sayğaclarının yoxlanılmasına görə xidmət haqqı məlum olub.

Metbuat.az xəbər verir ki, bu ödənişləri Azərbaycan Metrologiya İnstitutu açıqlayıb. Sayğacın növündən asılı olaraq ödənişləri təqdim edirik:

- diafraqma tipli G2.5, G4, G6 mexaniki qaz sayğaclarının müayinəsi - 7.29 manat;

- G10, G16, G25 mexaniki qaz sayğaclarının müayinəsi - 39.10 manat;

- diafraqma tipli G4, G6 (İtron) smart-kart sayğaclarının müayinəsi - 7.21 manat;

- G10 (Gulf), G10 (İtron) smart-kart sayğaclarının müayinəsi - 35.26 manat.

Yalnız "Azəriqaz"ın sayğacda nöqsan olduğuna şübhəsi olarsa, müayinə pulsuz aparılır.


metbuat.az.